ABŞ-da "Boeing 737" sərnişin təyyarəsi ilə bağlı yoxlama qərarı

ABŞ Federal Aviasiya İdarəsi (FAA) "Boeing"in 737 sinif 2612 sərnişin təyyarəsinin "oksigen maskası problemi" səbəbilə yoxlanılacağını açıqlayıb.
ABŞ Federal Hökumətinin rəsmi nəşrində paylaşılan "Uçuşa yararlılıq Direktivi"ndə, sözügedən problemin "Boeing" tərəfindən istehsal edilən 737-8, 737-9, 737-700, 737-800, 737-900ER və 737 nömrəli modellərdə meydana gəldiyi bildirilir.
Direktivdə, "Boeing" tərəfindən istehsal edilən 737 sinifli təyyarələrin bəzilərində oksigen generatorlarının yerindən sürüşərək, mümkün təzyiq düşməsi zamanı sərnişinlərin oksigen almasına mane olduğu ifadə edilib və bu səbəbdən problem yaşanan 2612 sərnişin təyyarəsinin olduğu açıqlanıb.
"Boeing"in oksigen generatorları ilə bağlı problemi araşdırdığı və təyyarələrdəki oksigen generatorlarını yoxlamaq üçün iyunun 17-də hava yolu şirkətləri üçün bir bülleten nəşr etdiyi bildirilib. Həmçinin istehsal edilən təyyarələrin bir hissəsinin yoxlanılmasına qərar verildiyi açıqlanıb.
Direktiv "oksigen maskası problemi"nə təsir edən qüsurlu hissələrin istifadəsini qadağan edib.