Alaska Hava Yolları həftə sonuna qədər Boeing tipli təyyarələrlə planlaşdırılan uçuşları ləğv etdi


Alaska Hava Yolları həftə sonuna qədər Boeing 737 MAX 9 tipli təyyarələrlə həyata keçirməyi planlaşdırdığı uçuşların ləğv edildiyini açıqlayıb.


Sözügedən reysin ləğvi qərarı aviaşirkətin Boeing və ABŞ Federal Aviasiya Administrasiyasından (FAA) 737 MAX 9 donanmasının keçən cümə günü kabin panelində baş verən partlayış hadisəsindən sonra yoxlamalarını asanlaşdırmaq üçün sənədləri gözləyərkən verilib.

Alaska Hava Yolları tərəfindən edilən şərhdə, "Bu səhərdən etibarən 737 MAX 9 təyyarəsinin bütün uçuşlarının 13 Yanvar Şənbə gününə qədər ləğv edilməsinə qərar verdik." ifadəsi işlədilib.

Bəyanatda, mənfi təsirə məruz qalan sərnişinlərin problemlərinin həlli üçün səylərin göstərildiyi ifadə edilərək, "Bu təyyarələrin xidmətdən çıxması ilə əlaqədar ləğvlərin qonaqlarımıza verdiyi problemdən təəssüflənirik" sözləri əlavə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu