Çinin “C919” sərnişin təyyarəsi ilk kommersiya uçuşunu həyata keçirib
Çinin yerli istehsal olan sərnişin təyyarəsi "C919" Şanxay və Pekin arasında ilk sərnişin uçuşunu həyata keçirib.
AFN.az Sinxua agentliyinə istinadən xəbər verir ki, 128 sərnişini olan China Eastern Airlines şirkətinə məxsus C919 tipli təyyarə səhər saatlarında Şanxay Hongqiao hava limanından havaya qalxaraq 2 saat davam edən uçuşdan sonra Pekin Beynəlxalq Hava Limanına çatıb.
"MU 9191" reysi Çinin yerli istehsalı olan C919 orta məsafəli sərnişin təyyarəsinin ilk kommersiya uçuşu olub.
Dövlətə məxsus Çin Ticarət Təyyarə Şirkəti (COMAC) tərəfindən hazırlanmış tək keçidli dar gövdəli təyyarə “Boeing 737” və “Airbus 320” model sərnişin təyyarələrinin ekvivalenti kimi dizayn edilib.
Model ilk sınaq uçuşunu 14 may 2022-ci ildə etdi; O, uçuşa yararlılıq lisenziyasını 30 sentyabr 2022-ci ildə, istehsal lisenziyasını isə 30 noyabr 2022-ci ildə alıb.
China Eastern, COMAC ilə təyyarənin hər biri üçün 99 milyon dollara alınması ilə bağlı razılığa gəlib. Müqavilə 2021-ci ilin martında imzalanıb və ilk "C919" tədarükünü 9 dekabr 2022-ci ildə edib.
Aviaşirkət təyyarədən Şanxaydan Pekin, Quanqcou, Sincan və Qingdu şəhərlərinə daxili reyslərdə istifadə etməyi planlaşdırır.
Dünyada mülki aviasiya sektorunda ən çox istifadə edilən təyyarə növü olan "orta məsafəli" sərnişin təyyarəsinin istifadəyə verilməsi ilə Çinin Avropanın Airbus şirkəti, ABŞ-ın Boeing və hakim olduğu qlobal sərnişin təyyarələri bazarında pay sahibi ola biləcəyi qiymətləndirilir.
COMAC tərəfindən 2008-ci ildə istehsalına başlanılan C919 ölkənin xarici mənbələrdən asılılığını azaltmağı hədəfləsə də, reaktiv mühərrik və idarəetmə proqramı kimi kritik komponentlər General Electric kimi ABŞ şirkətləri tərəfindən istehsal edildiyi üçün tamamilə yerli deyil.