Rusiyada göyərtəsində 29 nəfər olan sərnişin təyyarəsi itib


Rusiyada “An-26” markalı sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itib.


Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsindən bildirilib. Təyyarə “Kamtask hava yollar”ı şirkətinə məxsusdur.

İlkin məlumata görə, “An-26”nın göyərtəsində biri uşaq olmaqla 23 sərnişin və 6 ekipaj üzvü var. Təyyarə Petropavlovsk-Kamçatka reysi ilə hərəkət edirmiş. Lakin ekipaş üzvləri təyin olunan vaxta əlaqəyə girməyib.

Xilasedicilər “Mi-8” helikopteri vasitəsi ilə axtarış-əməliyyat tədbiri həyata keçirirlər. Sərnişin təyyarəsinin dənizə düşdüyü ehtimal olunur.

“Kamtask hava yollar”ı şirkəti təyyarənin qəzaya uğradığını hələ ki təsdiqləməyib.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu