Rusiyadakı təyyarə qəzasının ilkin səbəbləri açıqlandı
Rusiya İstintaq Komitəsi Kamçatkada “An-26” tipli sərnişin təyyarəsinin qəzaya düşməsinin üç versiyasını nəzərdən keçirir.
“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İstintaq Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, hazırda İstintaq Komitəsi tərəfindən araşdırılan üç versiya bunlardır: qeyri-sabit hava şəraiti, təyyarədə texniki nasazlıq və yaxud pilot səhvi.
Komitənin məlumatına görə, təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 22 sərnişin olub. Təyyarənin qalıqları Palana hava limanından şimalda aşkarlanıb.
İstintaq Komitəsi araşdırmalara davam edir.
Fövqəladə qüvvələrdən bildirilib ki, ilkin məlumatlara görə, qəzanın səbəbi pis hava şəraitində ekipajın səhvi olub. Təyyarə qayaya çırpılıb, qalıqları isə Oxot dənizinə düşüb. Həmçinin qeyd olunur ki, ekipaj göyərtədə yolunda getməyən məsələlər barədə məlumat verməyib. Uçuşdan əvvəl təyyarə texniki olaraq qaydasında olub.