Təyyarə dronla toqquşub: 176 nəfərin öldüyü qəza ilə bağlı versiya
Rusiyanınnın əməkdar hərbi pilotu Vladimir Popov Ukrayna Hava Yollarına aid "Boeing 737" təyyarəsinin Tehran hava limanından qalxdıqdan sonra qəzaya uğraması ilə bağlı versiya irəli sürüb.
Qaynarinfo xəbər verir ki, İordaniyanın "Əl-Hadath" nəşri qəzanın İranın İrqdakı ABŞ bazalarına hücum edərkən raketlərdən birinin təyyarəyə dəyməsi nəticəsində baş verə biləcəyini yazıb. Lakin Popov əməliyyatların qəzadan bir neçə saat əvvəl tamamlandığını bildirib. Lakin o, sərnişin təyyarəsinin İranın hava sahəsində müşahidə aparan pulotsuz uçuş aparatlarından biri ilə toqquşmuş ola biləcəyini istisna etməyib.
Qeyd edək ki, ilkin ehtimallara görə, qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib. Hazırda araşdırmalar aparılır. Qəza nəticəsində təyyarədə olan 167 sərnişin və 9 ekipaj üzvü həyatını itirib.
Xatırladaq ki, bu son 2 ildə baş verən üçüncü Boing qəzasıdır. Bundan öncə İndoneziyada və Efiopiyada təyyarə qəzası olmuş. Birincidə 189, ikincidə isə 157 nəfər həyatını itirmişdi. Buna görə, bir çox ölkə "Boeing 737 MAX" tipli təyyarələrdən istifadədən imtina etmişdi. Nəticədə şirkətin gəlirləri kəskin şəkildə azalmışdı. Qəzaların təyyarənin MCAS sistemində xəta olması səbəbindən baş verdiyi açıqlanmışdı.