“Baku International Innovation Trade Show - 2026” sərgisi keçiriləcək



26–28 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində "Baku International Innovation Trade Show 2026 — ITS Baku 2026" sərgisi keçiriləcək.

AFN.az xəbər verir ki, tədbirdə 20-yə yaxın ölkədən 350-dən çox şirkətin iştirakı gözlənilir.

Tədbir süni intellektin, robototexnikanın, biotexnologiyaların, yaşıl və additiv texnologiyaların müxtəlif sahələrdə tətbiqinə həsr olunub. Sərgi eyni anda bir neçə məqsədə xidmət edir: ən son yeniliklərin nümayişi, bir sahədə yaradılmış həllərin digər sahələrə uğurla tətbiqi, sahələrarası sinergiyanın formalaşdırılması, eləcə də startap ideyasından sənaye tətbiqinə və beynəlxalq bazarlara çıxışa qədər tam əməkdaşlıq zəncirinin qurulması.

Proqram çərçivəsində panel müzakirələri, startaplar üçün təqdimat sessiyaları, B2B görüşlər və demo zonalar nəzərdə tutulub.

Üç günlük sərgi fərqli mövzuları əhatə edəcək:

26 noyabr — “Biznes və sənaye sinergiyası”,

27 noyabr — “Səhiyyə və biotexnologiyada rəqəmsal texnologiyalar”,

28 noyabr — “Təhsil, davamlı inkişaf və investisiyalar”.

ITS Baku 2026 Asiya, Yaxın Şərq və Avropadan olan şirkətlərin, startapların və investorların yalnız öz texnologiyalarını təqdim etməsi üçün deyil, həm də uzunmüddətli texnoloji tərəfdaşlıqlar qurması üçün platformaya çevriləcək.

Azərbaycan üçün bu cür mötəbər sərginin keçirilməsi IT sektoruna birbaşa xarici investisiyaların cəlb olunması, yerli şirkətlərin yeni texnologiyalara və beynəlxalq tərəfdaşlıqlara çıxış imkanlarının genişlənməsi, eləcə də ölkənin regionun texnoloji mərkəzi kimi mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Əlavə məlumat üçün:

Alevtina Şerbakova
ITS Baku 2026 layihə rəhbəri
WhatsApp: +971 50 480 8715
E-mail: pr@itsbaku.com

Azərbaycan mediası üçün:

Sergey Fadayev, TechFlow (techflow.az)
Telefon / WhatsApp: +994 55 346 85 57
E-mail: its@techflow.az

Sərginin veb səhifəsi: www.itsbaku.com

Təşkilatçı: GRAND Event & Exhibition Management FZC – www.grand-eem.com


В Баку впервые пройдёт Baku International Innovation Trade Show — ITS Baku 2026

С 26 по 28 ноября 2026 года в Бакинском Экспоцентре состоится Baku International Innovation Trade Show — ITS Baku 2026. Ожидается участие более 350 компаний из порядка 20 стран.

Мероприятие посвящено межотраслевому применению искусственного интеллекта, робототехники, биотехнологий, зелёных и аддитивных технологий. Выставка решает сразу несколько задач: демонстрацию новейших разработок, создание межотраслевой синергии, когда решения из одной сферы успешно работают в другой, а также выстраивание полной цепочки сотрудничества — от идеи стартапа до промышленного внедрения и выхода на международные рынки.

В программе — панельные дискуссии, питч-сессии для стартапов, B2B-матчинг и демозоны.

Выставка пройдёт в трёх тематических днях:

26 ноября — «Синергия бизнеса и промышленности»,

27 ноября — «Цифровые технологии в здравоохранении и биотехе»,

28 ноября — «Образование, устойчивое развитие и инвестиции».

ITS Baku 2026 станет платформой, где компании, стартапы и инвесторы из Азии, Ближнего Востока и Европы смогут не только представить свои технологии, но и выстроить долгосрочные технологические альянсы.

Для Азербайджана проведение выставки такого уровня — это возможность привлечь прямые иностранные инвестиции в IT-сектор, открыть местным компаниям доступ к новым технологиям и международным партнёрствам, а также укрепить позиции страны как технологического центра региона.

Для дополнительной информации обращайтесь:

Алевтина Щербакова
Руководитель проекта ITS Baku 2026
WhatsApp: +971 50 480 8715
Email: pr@itsbaku.com

Для СМИ Азербайджана:

Сергей Фадаев, TechFlow (techflow.az)
Телефон / WhatsApp: +994 55 346 85 57
Email: its@techflow.az

Сайт выставки: www.itsbaku.com

Организатор: GRAND Event & Exhibition Management FZC — www.grand-eem.com






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu