İran: Ukraynanın gəmi hücumu cavabsız qalmayacaq
İran Xarici İşlər Naziri Abbas Əraqçi Ukraynanın Xəzər dənizində İran gəmisinə həyata keçirdiyi hücumla bağlı bu hərəkətin cavabsız qalmayacağını bildirib.
AFN.az xəbər verir ki, İranlı nazir sosial media platformasındakı hesabından mövzuya dair açıqlama verib.
İranlı nazir Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kallas və Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla telefon danışığında Ukrayna tərəfindən hədəf alınan İran gəmisi barədə danışdığını bildirib.
Hücuma reaksiya verən Əraqçi bunları deyib:
"Zelenski bir İran ticarət gəmisinə hücum edərək bir dənizçini öldürüb. Bu, İsrailin Avropanı öz müharibəsinə cəlb etmək məqsədilə həyata keçirdiyi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. AB-nin Ali Nümayəndəsi Kallas və Xarici İşlər Naziri Lavrovla apardığım danışıqlarda Kiyevdəki 'parazit' rejimin həyata keçirdiyi bu hərəkətin cavabsız qalmayacağını açıq şəkildə bildirdim".
Ukrayna Dövlət Başçısı Zelenski dünən Xəzər dənizində İranla bağlı hərbi yük daşıyan gəmilər və bir hərbi gəminin uzaqmənzilli hücumlarla hədəf alındığını açıqlayıb.
İran isə hücuma məruz qalan gəminin ticarət gəmisi olduğunu və bir dənizçinin öldürüldüyünü bildirib.
Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb..
