Maaşa görə etiraz edən işçi müdir tərəfindən döyüldüyünü deyir - VİDEO


Maaşını ala bilmədiyi üçün etiraz edən işçi müdir tərəfindən döyüldüyünü iddia edib.

AFN.az xəbər verir ki, Tovuz sakini Leyla Rəhimova bildirib ki, maaşının ödənməsini tələb etdiyi üçün Yasamal rayonunda yerləşən “Laləli” uşaq bağçasının müdiri ona qarşı zorakılıq tətbiq edib.

Leyla Rəhimova iddia edir ki, bağça müdiri ona 300 manat əməkhaqqını verməməklə yanaşı, azyaşlı və autizmli uşağını da bağçadan çıxarıb.

Məsələ ilə bağlı “Laləli” uşaq bağçasının müdiri Lalə Əzimova bildirib ki, işçiyə əl qaldırmayıb, aralarında sadəcə mübahisə olub.

Leyla Rəhimova baş verən hadisədən sonra polisə müraciət edib və məsələnin hüquqi müstəvidə həll olunmasını gözləyir.

Daha ətraflı “Xəzər TV”nin videomaterialında:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu