Slavko Vinçiç 46 yaşında hakimlik karyerasını başa vurdu



Sloveniyalı hakim Slavko Vinçiç 46 yaşında hakimlik karyerasını başa vurub.

AFN.az xəbər verir ki, Sloveniya Futbol Federasiyasının yaydığı açıqlamada “ABŞ-dakı Dünya Çempionatının finalından bir həftə sonra Slavko Vinçiç dünyanın zirvəsindəki tarixi hakimlik karyerasını rəsmən başa vurdu. 2026-cı il Dünya Çempionatının finalından sonra qazandığı şöhrətlə Slavko Vinçiç hakimlik əfsanələri arasında öz adını yazdırdı” ifadələrinə yer verilib.

Vinçiç 2024-2025 mövsümünün ikinci yarısında keçirilən “Qalatasaray”-“Fənərbağça” derbisini idarə edib, karyerasının son oyununda isə Argentina ilə İspaniya arasında keçirilən 2026 FIFA Dünya Çempionatının finalında fit çalıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu