Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini yalnız hərbi yolla təmin etmək mümkün deyil - Vens
ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi problemini yalnız hərbi üsullarla həll etmək mümkün deyil.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Cey Di Vens bu məsələdə həm hərbi, həm də diplomatik vasitələrdən istifadə edilməsinin vacib olduğunu vurğulayıb.
Onun sözlərinə görə, İranın radarlarını, pilotsuz uçuş aparatlarını və raketlərini məhv etmək mümkün olsa da, gəmilərə hücumların qarşısını təkcə güc tətbiqi ilə almaq mümkün deyil.
Vens əlavə edib ki, bu səbəbdən dialoqa hazır olmaq və problemi diplomatik yollarla həll etməyə çalışmaq vacibdir. O, İranla danışıqların əleyhinə çıxanları tənqid edərək, onların alternativ həll yolu göstərmədiklərini bildirib.
