Ələsgər Məmmədlinin 15 il həbsi istənildi


“Toplum TV” işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror bəyan edib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsaslıdır, hər birinə ayrı-ayrılıqda sanksiya həddində cəza təyin edilməlidir.

Konkret olaraq Akif Qurbanov və Ruslan İzzətlinin 16, Ələsgər Məmmədli və Əli Zeynalovun 15, Müşfiq Cabbarov, İlkin Əmrahov, Ramil Babayevin 14, Fərid İsmayılov və Elmir Abbasovun isə 13 il müddətinə azadlıqdan məhrum edilmələri istənilib.

Vəkillərə müdafiə çıxışlarına hazırlanmaları üçün vaxt verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu