ABŞ-ın Viskonsin ştatında tornado 30 mindən çox evi işıqsız qoydu
ABŞ-ın Viskonsin ştatında baş verən tornado nəticəsində 30 mindən çox evdə elektrik enerjisinin verilişi dayanıb.
AFN.az xəbər verir ki, ABŞ Milli Meteorologiya Xidməti Viskonsin ştatının Winnebago bölgəsində tornado qeydə alındığını açıqlayıb.
Menasha rayonunun polis rəisi Matt Albrecht bildirib ki, tornado nəticəsində bəzi yaşayış evləri və iş yerləri ciddi ziyan görüb.
Rəsmilər tornadonun təsiri nəticəsində 30 mindən çox evin elektriksiz qaldığını təsdiqləyiblər.
Viskonsin ştatının rəsmisi Gordon Hintz isə təbii fəlakət nəticəsində ölən və ya xəsarət alanların olmadığını, elektrik enerjisinin tam bərpasının isə bir neçə gün çəkə biləcəyini bildirib.



