ABŞ-da 200 mindən çox insan əlverişsiz hava şəraiti səbəbindən işıqsız qalıb

ABŞ-ın bir çox ştatlarında əlverişsiz hava şəraiti səbəbindən 200 mindən çox insanın işıqsız qaldığı bildirilir.
Əlverişsiz hava şəraiti ABŞ-a təsir etməkdə davam edir.
Elektrik enerjisinin kəsilməsini izləyən "PowerOutage" saytı ölkənin mərkəzi və cənub-şərq bölgələrində 200 mindən çox insanın işıqsız qaldığını bildirib.
Şimali Karolina və Cənubi Karolinanın bəzi hissələri tornado ehtimalına hazırlaşmaq üçün xəbərdarlıq edilib.
Meteoroloqlar həftəsonuna kimi leysan yağışların ölkənin qərb rayonlarına da təsir göstərə biləcəyinə diqqət çəkiblər.
Nebraska ştatında rəsmilər görmə qabiliyyətini məhdudlaşdıran küləklər səbəbindən qeyri-vacib səyahətlərdən çəkinməyi tövsiyə ediblər.
Ötən gün ABŞ-ın Missisipi ştatında əlverişsiz hava şəraiti və fırtına səbəbindən iki nəfər həyatını itirib.