Əlverişsiz hava şəraitinin ABŞ-da 40 milyondan çox insana təsir edəcəyi gözlənilir
ABŞ-ın şərqində fırtına həyata mənfi təsir göstərir, güclü qar və daşqınlara qarşı xəbərdarlıq edilib.
Fırtına Proqnoz Mərkəzindən verilən açıqlamada təxminən 9 milyon insanın yaşadığı Florida, Corciya, Şimali və Cənubi Karolinanın cənub-şərq əyalətlərində 12 qasırğanın başladığı və ciddi ziyana səbəb olduğu bildirilib.
Bundan əlavə, şərq sahillərində yağışın gözlənildiyi və Atlanta, Vaşinqton, Nyu-York kimi sıx məskunlaşan şəhərlərdə daşqınların baş verə biləcəyi xəbərdarlığı edilib.
Ölkədəki elektrik kəsintilərini izləyən "Poweroutages" internet saytının məlumatına görə, güclü külək səbəbiylə ABŞ-da təxminən 400 min ev və iş yerinin elektrik enerjisi kəsilib, ölkənin şərqindəki Florida, Corciya və Şimali Karolina bundan ən çox zərər görən ştatlar olub.
ABŞ-da qış şəraiti hava nəqliyyatına da təsir edib. Ölkədə hava hərəkəti statistikasını aparan “FlightAware” saytının məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən 966 reys təxirə salınıb, 5580 reys gecikib.
Qasırğaların tez-tez baş verdiyi Florida ştatında qubernator Ron DeSatnis güclü külək, dolu və qəfil daşqın təhlükəsi ehtimalına görə ştatın 67 əyalətindən 49-da fövqəladə vəziyyət elan edib.
Aidiyyatı qurumlar həmçinin bu gündən etibarən ölkənin şərqinə 30 santimetrə qədər qar yağa biləcəyi barədə xəbərdarlıq edərək, çərşənbə günü fırtınanın sürətinin Nyu-Yorkun paytaxtında saatda 65-95 kilometr arasında dəyişəcəyini və böyük fəsadlara səbəb ola biləcəyini qeyd ediblər.
Təxminən 40 milyon insanın əlverişsiz hava şəraitinin təsirinə məruz qala biləcəyi bildirilir.