ABŞ-da əlverişsiz hava şəraiti 80-dən çox insanın həyatına son qoyub


ABŞ-ın bir çox bölgəsində son bir həftə ərzində yaşanan sərt hava şəraitinin yaratdığı hadisələrdə ölkə daxilində 80-dən çox insan həyatını itirib.

CBS News-un məlumatına görə, milyonlarla amerikalı əlverişsiz qış şəraitindən təsirlənib.

Buz fırtınası səbəbiylə elan edilən fövqəladə vəziyyət qərb sahilindəki Oreqon ştatında davam edərkən, Pensilvaniya, Kaliforniya və İndiana ştatlarında da elektrik enerjisi kəsilib.

Son bir həftədə ölkə daxilində sərt hava şəraitinin yaratdığı qəzalarda 80-dən çox adam həyatını itirərkən, soyuq havanın həftənin əvvəlində də davam edəcəyi açıqlanıb.

ABŞ-ın bir çox bölgəsini təsir altına almaqda davam edən qütb soyuqluğundan 100 milyondan çox insanın mənfi təsirləndiyi bildirilir.

Əlverişsiz hava şəraiti səbəbindən təxminən 100 min nəfərə elektrik enerjisi verilə bilmir.

Digər tərəfdən Tennessi ştatında 10 milyon insandan elektrik kəsilməsinin qarşısını almaq üçün enerjiyə qənaət etmələri istənilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu