Rusiyada əlverişsiz hava şəraiti 11 nəfərin ölümünə səbəb olub
Rusiya Fövqəladə Hallar Nazirliyi həftəsonu ölkənin 17 rayonunda əlverişsiz hava şəraiti nəticəsində 11 nəfərin həyatını itirdiyini bildirib.
Nazirlikdən verilən açıqlamada son bir neçə gündə Rusiyanın 17 bölgəsində güclü yağış və küləklərin təsirli olduğu qeyd edilib.
Əlverişsiz hava şəraiti səbəbindən 82 nəfərin zərər çəkdiyi vurğulanan məlumatda onlardan 11 nəfərinin dünyasını dəyişdiyi, 35 nəfərin isə xəstəxanada müalicə olunduğu bildirilib.