İstanbul boğazında gəmilərin hərəkəti yenidən bərpa olunacaq
İstanbulda əlverişsiz hava şəraiti Boğaziçi nəqliyyatına da təsir edib.
Sahil Polis Baş İdarəsindən verilən məlumata görə, əlverişsiz hava şəraiti ilə əlaqədar dünən axşam saatlarında dayandırılan Boğazda gəmi hərəkəti Türkiyə saati ilə 16:00-da bərpa olunacaq.
Qeyd edək ki, əlverişsiz hava şəraiti ilə əlaqədar dünəndən etibarən Bosfor boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.