Əlverişsiz hava şəraitinə görə İstanbulda 200-dən çox reys ləğv edilib


Əlverişsiz hava şəraiti səbəbindən “Turkish Airlines” aviaşirkəti İstanbulda martın 10-na planlaşdırılan 200-dən çox reysi ləğv edib.


AFN.az bu barədə şirkətin məlumatına istinadən xəbər verir.

Bildirilib ki, bunun 71-i beynəlxalq reysdir. Təkcə Sabiha Gökçen Beynəlxalq Hava Limanında 20 daxili reys ləğv olunub.

Türkiyə mətbuatının yazdığına görə, yaxın günlərdə İstanbulda hava şəraiti kəskin şəkildə pisləşəcək, qar yağacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu