ABŞ-da əkiz tornado qeydə alınıb


ABŞ-ın Kolorado ştatında əkiz tornado müşahidə edilib. Tornadodan heç kim xəsarət almayıb.


Accuweather meteoroloji xidmətində çalışan meteoroloq Toni Laubach iki gün əvvəl baş verən qeyri-adi hava hadisəsini çəkə bilib.

Laubach bildirib ki, tornadolar ştatın Akron bölgəsində magistral yol boyunca açıq ərazidə yaranıb.

İkinci tornado ilkin tornadodan ayrı əmələ gəlib. Üçüncü tornadonun az qala baş verəcəyini deyən meteoroloq, "Bu, xüsusilə Kolorado ştatında gördüyüm ən qeyri-adi tornado hadisələrindən biri idi" deyib.

Laubach xortumların açıq sahədə fırlandığını və heç bir yaşayış məntəqəsinə zərər vermədiyini bildirib.

Çərşənbə günü Texasın şimalındakı Matador şəhərində baş verən qasırğa nəticəsində azı 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Rəsmilər qasırğada 10 binanın dağıldığını bildirib.

Kolorado, Vayominq, Texas, Kanzas, Nebraska və Cənubi Dakotada fırtınaların bu gün də davam edəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu