Yaponiyanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verib



Yaponiyanın cənubunda, Kumamoto prefekturası sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb.

AFN.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 16:27-də Kumamoto prefekturasının mərkəzində yerləşən UkiHikava rayonları yaxınlığında baş verib.

7,1 bal gücündə olan zəlzələ yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Dövlət televiziyası NHK-nin məlumatına əsasən, yeraltı təkanlardan sonra ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Agentlik zəlzələnin Kumamoto prefekturasının Yatsuşiro, Uto və Maşiki rayonlarında da güclü hiss edildiyini bildirib.

Dövlət televiziyası NHK zəlzələdən sonra Yatsuşiro dənizi sahillərinə sunami təhlükəsinin yarana biləcəyi barədə xəbərdarlıq edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu