Yaponiya sahillərində 6,7 bal gücündə zəlzələ
Yaponiyanın şimalındakı Aomori prefekturası sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.
Yaponiya Meteorologiya Agentliyindən (JMA) verilən açıqlamaya görə, zəlzələnin episentri Aomori prefekturasının şərq sahillərində olub və 6,7 bal gücündə sarsıntı qeydə alınıb.
Təxminən 20 kilometr dərinlikdə baş verən zəlzələdən sonra ölkənin şimal və şimal-şərq bölgələri üçün sunamı xəbərdarlığı elan edilib.
Qeyd edək ki, Yaponiyanın Aomori prefekturasına bağlı Misava bölgəsi sahillərində 8 dekabrda baş verən 7,5 bal gücündə zəlzələdə 50 nəfər yaralanıb.
JMA yaxın günlərdə oxşar və ya daha yüksək güclü artçı zəlzələlərin baş verə biləcəyi barədə xəbərdarlıq edib.

