Yaponiyada 6 bal gücündə zəlzələ baş verib


Yaponiyanın paytaxtı Tokionun cənubunda, Oqasavara adaları yaxınlığında yerli vaxtla saat 09.39-da 6 bal gücündə zəlzələ baş verib.



Yaponiya Meteorologiya Agentliyinin (JMA) açıqlamasına görə, episentri Oqasavara adaları yaxınlığında olan 6 bal gücündə zəlzələ yerin 50 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

Yerli olaraq "Bonin adaları" kimi tanınan Oqasavara adaları Yaponiyanın paytaxtı Tokiodan 1000 kilometr cənubda və Qərbi Sakit okeanda Quam adasından 1600 kilometr şimal-qərbdə yerləşir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu