Tokionun şimalında 5,3 bal gücündə zəlzələ baş verib
Yaponiyanın paytaxtı Tokionun şimalında, İbaraki prefekturasında 5,3 bal gücündə zəlzələ baş verib.
Yaponiya Meteorologiya Agentliyinin açıqlamasına görə, İbarakidə yerli vaxtla saat 09.08-də baş verən 5,3 bal gücündə zəlzələ 50 kilometr dərinlikdə qeydə alınıb.
İbaraki, paytaxt Tokio, Saitama və Toçiqidə hiss olunan zəlzələdə ölən və yaralananların olmadığı bildirilib.
Zəlzələdən sonra sunami xəbərdarlığı olmasa da, ölkənin müxtəlif bölgələrini Tokio ilə birləşdirən Tohoku, Hokuriku və Joetsu yüksək sürətli qatar xətlərində müvəqqəti olaraq dayandırılıb.
Zəlzələdən sonra Sakit okeanın İbaraki sahilində yerləşən "Tokai 2" Atom Elektrik Stansiyasında anormallıq aşkar edilmədiyi bildirilib.