Yaponiyanın şərqində 6,6 bal gücündə zəlzələ baş verib


Yaponiyanın şərqindəki Torişima adasının sahillərində zəlzələ baş verib.


Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Sakit Okeanın Torişima adasının sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla saat 11:00-da və yerin 10 kilometr dərinliyində baş verən zəlzələdən sonra bölgədə sunami xəbərdarlığı edilib.

JMA Torişima adasının yerləşdiyi İzu arxipelaqı üçün 1 metr hündürlükdə sunami xəbərdarlığı edib.

Yerli vaxtla saat 11.10-da verilən xəbərdarlığa əsasən, sunami dalğalarının saat 11.30-da İzu arxipelaqına, 11.50 radələrində isə Hachijooci adalarına çatacağı gözlənilir.

Arxipelaq inzibati cəhətdən Tokio ilə bağlıdır və paytaxtın cənubunda yerləşir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu