KKTC ABŞ-ın Cənubi Kiprə döyüş gəmiləri göndərməsinə reaksiya verib


Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyi ABŞ-ın Cənubi Kipr Rum Administrasiyasına (GKKK) döyüş gəmiləri göndərməyə davam etməsinin gərginliyin artırmasına səbəb olacağını bildirib.


KKTC Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Şərqi Aralıq dənizində fəaliyyət göstərən ABŞ-ın 6-cı Donanmasına bağlı idarəolunan raket esminesi "USS Arleigh Burke" və "USS Ruzvelt" gəmisinin Rum Kiprindəki Limassol limanına çatdığı qeyd edilib.

Açıqlamada ABŞ-ın Cənubi Kiprə döyüş gəmisi göndərməsinin ABŞ rəhbərliyinin hərbi mövzularda Cənubi Kiprə dəstəyinin göstəricisi olduğu vurğulanıb.

Qeyd edilib ki, Cənubi Kipr Rum Administrasiyasının ABŞ-dan aldığı dəstəklə aqressiv rəftarları artırır: "Cənubi Kipr Rum Administrasiyasının ABŞ kimi bir ölkədən açıq hərbi dəstək alması, onun Kipr məsələsində dominant zehniyyətini davam etdirməsinə səbəb olur. ABŞ ilə Cənubi Kipr Rum Administrasiyası arasındakı bu əməkdaşlıqdan Kipr Rum Rəhbərliyi tərəfindən hərbi sahədə ölkəmizə qarşı təhdid olaraq istifadə edilməsi nəzərdə tutulur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu