İran Hörmüz boğazından keçməyə cəhd edən üç tankeri saxlayıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən üç gəminin saxlanıldığını elan edib.
AFN.az xəbər verir ki, bu barədə məlumatı İranın dövlət teleradio şirkəti hərbi mənbələrə istinadən yayıb.
"Bir neçə saat əvvəl xəbərdarlıqlarımıza məhəl qoymayaraq təhlükəli və qeyri-qanuni marşrutla hərəkət edən üç neft tankerinə zərbə vurulub və onlar saxlanılıb", — deyə hərbçilərin bəyanatında bildirilir.

