Dünya çempionatı: 4 güləşçimiz bu gün medal uğrunda görüşə çıxır


Azərbaycanın 4 yunan-Roma güləşçisi Bakıda keçirilən U-17 dünya çempionatında bu gün medallar uğrunda görüşlərə çıxacaqlar.

AFN.az "Report"a istinadən xəbər verir ki, Əli Cavadlı (45 kq) finalda amerikalı Raylen Vaksla qarşılaşacaq.

Abdurrahman Hüseynli (51 kq) də həlledici görüşdə çıxış edəcək. Onun finaldakı rəqibi Bunyod Hasanov (Özbəkistan) olacaq.

Ötən gün yarımfinalda uduzan Elmir Çərkəzov (60 kq) bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Zöhrab Səfərov (92 kq) də fəxri kürsünün üçüncü pilləsində yer almaq şansına malikdir. O, əvvəlcə təsəlliverici görüşdə iranlı Amirreza Mehritalarpoştiylə üz-üzə gələcək.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu