Tramp Netanyahunu əvvəlki kimi hərarətlə qarşılamayıb - media


ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunu həmişəki ilə müqayisədə daha soyuq qarşılayıb.

AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail hökumətinin başçısı bir neçə ay idi ki, ABŞ lideri ilə görüşə nail olmağa çalışırdı. Vaşinqtona gəldikdə isə onun əvvəlki səfərlərindəki kimi böyük nüfuz və təsirə malik olmadığı diqqətdən qaçmayıb. Qeyd olunur ki, İrana qarşı uzanan hərbi əməliyyatlar Trampın gözlədiyindən daha çox vaxt aparıb və bu səbəbdən Ağ Ev rəhbəri görüşdən əvvəl yaxın ətrafı ilə söhbətlərində İsrail Baş nazirindən narazılığını ifadə edib.

Lakin Tramp daha sonra "Truth Social" şəbəkəsində Netanyahu ilə çox yaxşı görüş keçirdiyini və çox vacib məsələləri müzakirə etdiklərini yazıb. İsrailin Baş naziri də "Fox News" telekanalına müsahibəsində çərşənbə axşamı baş tutan danışıqları Trampla keçirdiyi ən yaxşı görüşlərdən biri adlandırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu