Çinin ABŞ-dakı səfiri: Pekin heç vaxt hegemonluğa can atmayacaq


Pekin heç vaxt hegemonluq yolunu tutmayacaq və dünyanı nüfuz dairələrinə bölməyə cəhd göstərməyəcək.

AFN.az xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfiri Se Fən Vaşinqtonda Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümü münasibətilə keçirilən qəbulda bəyan edib.

"Beynəlxalq vəziyyətin dəyişməsindən və Çinin nə qədər inkişaf etməsindən asılı olmayaraq, biz heç vaxt hegemonluğa və ya ekspansiyaya can atmayacağıq. Əksinə, ümumi sülhün və sabitliyin dayağı olmaqda davam edəcəyik", — deyə diplomat vurğulayıb.

Se Fən Çinin təhlükəsizlik strategiyasının özünümüdafiəyə yönəldiyini, Pekinin nüvə silahından ilk olaraq istifadə etməmək siyasətinə sadiq qaldığını və heç vaxt nüvə silahlanması yarışında iştirak etmədiyini diqqətə çatdırıb. Səfir əlavə edib ki, birtərəfli addımlar yalnız münaqişələrə, hegemonluq və təzyiqlər isə böhranın daha da dərinləşməsinə gətirib çıxarır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu