Yaponiya Ukraynanın Çinin “nüvə çətiri” altında olduğunu açıqlayıb


Yaponiyanın baş naziri Fumio Kişida parlamentin aşağı palatasının komitəsində müzakirələr zamanı Çin və Ukraynanın əldə etdiyi razılaşmaları şərh edib.


Kişida xatırladıb ki, Pekin və Kiyev 2013-cü ildə səmərəli əməkdaşlıq haqqında saziş imzalayıblar. Sənədə görə, Ukrayna Çinin “nüvə çətiri” altındadır.

“Həmin vaxt yayılan birgə bəyanatda deyilirdi ki, Çin Ukraynaya müdaxilə və ya nüvə silahından istifadə etməklə işğal təhlükəsi halında Ukraynaya qarşılıqlı təhlükəsizlik zəmanəti verməyə razıdır”, - deyə siyasətçi vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu