“Rusiya nüvə silahından istifadə etsə...”- birgə bəyanat


Yaponiyanın Baş naziri Fumio Kişida ilə avstraliyalı həmkarı Entoni Albanese arasında Avstraliyada keçirilən danışıqların yekunlarına dair birgə bəyanat qəbul edilib.


Azpost.info xəbər verir ki, bəyanata görə, Ukraynada nüvə silahının tətbiqi halında beynəlxalq ictimaiyyət qətiyyətli cavab verəcək.

Tərəflər Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etmək təhdidlərini pisləyib və bunu beynəlxalq ictimaiyyətin sülh və təhlükəsizliyinə qəbuledilməz təhdid adlandırıblar.

Sənədin mətninə əsasən, nüvə silahından istənilən istifadə birmənalı beynəlxalq qınaqla və sərt reaksiya ilə qarşılanacaq.

Bəyanat müəllifləri qeyd ediblər ki, Ukraynadakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətlə yaxından işləməyə davam edəcəklər və oxşar ssenarinin Hind-Sakit okean regionunda təkrarlanmaması üçün birgə səylər göstərəcəklər.

Bundan başqa, tərəflər bir daha bəyan ediblər ki, onlar “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı referendumun nəticələrini tanımırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu