Trampın ölümünə pulsuz pivə vəd edən pivəxananın lisenziyası ləğv olunub


ABŞ-ın Viskonsin ştatının tənzimləyici orqanları ölkə Prezidenti Donald Tramp barəsində kəskin bəyanatları ilə tanınan "Minocqua Brewing" pivəxanasını fəaliyyət lisenziyasından məhrum ediblər.

AFN.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Qərar avqustun 4-dən qüvvəyə minir. Tənzimləyici orqanların məlumatına görə, buna səbəb müəssisədə başqa ştatdan lazımi icazə olmadan və vergi ödənilmədən gətirildiyi iddia edilən banka pivələrinin müsadirə olunmasıdır.

Pivəxananın sahibi və tanınmış liberal aktivist Kirk Bənqstad vergi qanunvericiliyinin pozulması iddiasını biznesin bağlanması üçün əsas saymır və qərardan məhkəməyə şikayət edəcəyini bildirib. O, artıq tərəfdarlarını hüquqi xərclərin ödənilməsi üçün xüsusi fonda vəsait köçürməyə çağırıb.

Telekanalın məlumatına görə, pivəxananın sosial şəbəkə hesablarında dəfələrlə anti-Tramp bəyanatları dərc olunub. Bu paylaşımlarda Trampın ölümü halında müştərilərə pulsuz pivə paylanacağı barədə eyhamlar vurulub. Xüsusilə aprel ayında Ağ Evdə baş verən atışma insidentindən sonra pivəxana "pulsuz pivə gününə çox yaxınlaşdıqlarını" qeyd etmişdi.

Aprelin 25-də Ağ Evdə baş verən insident zamanı Məxfi Xidmətin zabiti yaralanmışdı. Hadisəni törədən 31 yaşlı Kaliforniya sakini Kol Tomas Allen saxlanılmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu