Trampın gəlini "Fox News"da aparıcılıq edəcək
ABŞ prezidenti Donald Trampın gəlini Lara Tramp "Fox News"da özünün prime-taym proqramının aparıcısı olacaq.
AFN.az xəbər verir ki, bu barədə telekanalın saytında məlumat verilib.
Qeyd olunur ki, ilk buraxılış fevralın 22-də, veriliş isə şənbə günləri yayımlanacaq.
Lara Tramp bundan əvvəl Donald Trampın andiçmə mərasimindən əvvəl keçirilən mitinqə qatılaraq gündəmə gəlmişdi.