Mask Trampın inauqurasiyasından sonra etdiyi jesti şərh edib
Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən sonra etdiyi jestini şərh edib.
“Açığı, onlara daha təsirli çirkin fəndlər lazımdır. "Hamınız Hitlersiniz" hücumları çox bezdiricidir" - deyə o, X sosial şəbəkəsində yazıb.
Eyni zamanda milyarder köhnə postunu da əlavə edib. Həmin postda o, Demokratlar Partiyasının Respublikaçıların düşərgəsinə keçdiyi üçün ona qarşı kampaniyaya başlayacağını bildirib.
Mask prezident Donald Trampın inauqurasiya paradında çıxışı zamanı nasist salamını xatırladan jest edib.