Mask keçmiş demokratların Trampa səs verəcəyini dusunur
ABŞ Demokrat Partiyasının bir çox keçmiş tərəfdarları qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampa səs verəcəklər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu iddia ilə milyarder, amerikalı iş adamı İlon Mask çıxış edib.
“2020-ci ildə heç bir partiyanı dəstəkləməyən bütün tanınmış seçicilər Co Baydenə səs verdilər. 2024-cü ildə bütün belə seçicilər və bir çox keçmiş demokratlar Donald Trampa səs verəcəklər” - deyə o, X hesabında yazıb.
Mask daha əvvəl seçkilərdə Trampı dəstəkləyib. Respublikaçı namizəd etiraf edib ki, qalib gələrsə, Maskı administrasiyasında hansısa vəzifəyə təyin edəcək.
ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərində Demokratların namizədi vitse-prezident Kamala Harris olacaq.