İlon Mask Baydenə səs verməkdən imtina edib


Amerikalı iş adamı və "SpaceX" şirkətinin baş direktoru İlon Mask ABŞ prezident seçkilərində hazırkı dövlət başçısı Co Baydenin namizədliyini dəstəkləməyib.


O, Baydenə səs verməkdən imtina edib. Bu mövqeyini isə özünə məxsis X sosial şəbəkəsində açıqlayıb.

"Mən bu dəfə Baydenə səs verməyi təsəvvür edə bilmirəm" - deyə Mask bildirib. O, 2020-ci ildə CNBC-yə verdiyi müsahibəni xatırladaraq, əvvəlki seçkilərdə hazırkı Amerika liderini dəstəklədiyini etiraf edib.

Bu arada Florida ştatının qubernatoru, Respublikaçı Ron DeSantis 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirakdan imtina etdiyini bildirib. O qeyd edib ki, onunla fikir ayrılıqlarını etiraf etsə də, partiya üzvü Donald Trampı dəstəkləyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu