Mask 2024-cü ildə keçiriləcək prezident seçkilərində Baydeni dəstəkləməyəcəyini deyib


Milyarder İlon Mask 2024-cü ilin noyabrında keçiriləcək növbəti seçkidə ABŞ prezidenti Co Baydenə səs verməyəcəyini açıqlayıb.


O, bu barədə “The New York Times” qəzetinin təşkilatçılığı ilə keçirilən tədbirdə bildirib.

"Mən Baydenə səs verəcəyimi düşünmürəm" - deyə Mask açıqlama verib.

Eyni zamanda, Mask Amerikanın keçmiş lideri Donald Trampı dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı suala dəqiq cavab verməyib. İş adamı bunu “çətin seçim” adlandırıb.

O, adi düşüncəli adamın ABŞ prezidenti olması lazım olduğu fikrindədir. Eyni zamanda Mask 2020-ci ildə Baydenə səs verdiyini də etiraf edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu