Mask Trampın seçki kampaniyasına 75 milyon dollar ianə edib


Amerikalı milyarder İlon Mask son 3 ayda ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçki kampaniyasına ümumilikdə 75 milyon dollar ianə edib.



Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, Respublikaçı Tramp milyarder iş adamlarının dəstəyi ilə demokrat rəqibi Kamala Harrislə seçki ianələrindəki fərqi aradan qaldırmağa çalışır.

Federal Seçki Komissiyasının (FEC) hazırkı məlumatlarına görə, amerikalı milyarder Mask iyul-avqust-sentyabr aylarını əhatə edən dövrdə Trampın seçki kampaniyasına ümumilikdə 75 milyon dollar ianə edib.

Dəfələrlə Trampa açıq dəstəyini ifadə edən və bu yaxınlarda Respublikaçı namizədin seçki mitinqinə qatılan Maskın yay dövründə Trampın ianələrinin artmasında mühüm rolu olub.

Digər tərəfdən, uzun müddətdir Trampın güclü tərəfdarı olan Miriam Adelson və Richard Uihlein kimi Respublikaçılar Partiyasının tərəfdarlarının bu müddət ərzində Trampa ianələrini artırdığı qeyd edilib.

FEC-in son məlumatlarına görə, Demokrat namizəd Kamala Harris son 3 ayda ümumilikdə 678 milyon dollar, Respublikaçı Tramp isə ümumilikdə 310 milyon dollar ianə toplayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu