Kamala Harris: Tramp ABŞ üçün təhlükəlidir


ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris Respublikaçı namizəd Donald Trampın seçki günü daxili düşmənlərlə mübarizə aparmaq üçün ordudan dəstək alması barədə bəyanatından sonra rəqibinin ölkə üçün təhlükəli olduğunu bildirib.



Trampın açıqlamalarının təhlükəli olduğunu və ona dəstək verməyən amerikalıları düşmən kimi qələmə verdiyini qeyd edən Harris, Donald Trampın getdikcə qeyri-sabit olmağa və əqli tarazlığını itirməyə başladığını deyib.

Harris ikinci bir Tramp hakimiyyətinin ABŞ üçün təhlükəli olacağını bildirib.

Respublikaçıların prezidentliyə namizədi Tramp "Fox News"a verdiyi müsahibədə, "Məncə, daha böyük problem içimizdəki düşmənlərdir. Çox pis insanlarımız var. Bəzi xəstə insanlar, radikal sol siyasətçilər var" deyib.

Qeyd edək ki, Tramp noyabrın 5-də keçiriləcək prezident seçkilərində daxili düşmənlərlə mübarizə aparmaq üçün Milli Qvardiyadan və ya ordudan dəstək almağı təklif etmişdi.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu