Harris "Fox News"da Trampla debata çıxmaqdan imtina edib


Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, onun demokrat rəqibi, ABŞ-ın vitse-prezidenti Kamala Harris sentyabrın 4-də "Fox News"un aparıcılığı ilə keçiriləcək seçkiqabağı debatdan imtina edib.


"Kamala Harris bizə "Fox News" debatında iştirak etməyəcəyi barədə məlumat verdi" - deyə Tramp truth sosial səhifəsində bildirib.

O, qeyd edib ki, hadisələrin bu inkişafı onu təəccüblənmir.

Respublikaçı daha əvvəl Harrislə üç raund kampaniya debatı keçirmək təklif edib. Trampın təklifinə görə, birinci tur sentyabrın 4-də "Fox News"da, ikinci debat sentyabrın 10-da ABC telekanalında, üçüncü raund isə Respublikaçıların fikrincə, NBC-də keçirilməli idi. İndiyə qədər Harris yalnız sentyabrın 10-da keçiriləcək debatda iştirak etməyə razılıq verib. Bununla belə, Demokratların prezidentliyə namizədi sentyabrın 10-dan sonra əlavə debatların keçirilməsi ideyasını müzakirə etməyə hazır olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu