Tramp: Harris bacarıqsız görünməmək üçün mediaya müsahibə vermir


Ən yüksək dövlət postuna can atan ABŞ-ın vitse-prezidenti Kamala Harris səriştəsizliyinə görə onların suallarına necə cavab verəcəyini bilmədiyi üçün media ilə ünsiyyətdən imtina edir.


AFN.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

“Kəmalə müsahibə verməkdən imtina edir, çünki komandası onun suallara cavab verə bilmədiyini başa düşür, necə ki, ABŞ prezidenti Co Bayden müxtəlif səbəblərdən suallara cavab verə bilmədi. O, sadəcə olaraq köhnə fikirlidir və bacarıqsızdır" - deyə Tramp "Truth Social"da yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu