Harris Tramp üzərindəki üstünlüyünü rekord 4 faiz bəndinə yüksəldib
Kamala Harris Donald Tramp üzərindəki fərqini rekord 4 faiz bəndinə yüksəldib.
AFN.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalı “Morning Consult”un sorğusunun nəticələrinə istinadən məlumat yayıb.
Araşdırmaya görə, sorğu iştirakçılarının 48%-i prezident seçkilərində Harrisi dəstəkləməyə hazırdır, respondentlərin 44%-i Trampa üstünlük verib. Harrisin 4 faiz üstünlüyü olduğu qeyd edilir.
Sorğu avqustun 2-dən 4-dək aparılıb. Orada 11 mindən çox qeydiyyatdan keçmiş amerikalı seçici iştirak edib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.