KİV: Si Cinpin Trampın andiçmə mərasiminə dəvətini qəbul etməyib
Çin prezidenti Si Cinpinin dəvət olunduğu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi üçün Vaşinqtona gəlməsi gözlənilmir.
AFN.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Telekanalın mənbələri bildiriblər ki, Si Cinpinin 2025-ci il yanvarın 20-də Vaşinqtona keçiriləcək andiçmə mərasimində qonaq kimi iştirakı gözlənilmir.
Telekanalın məlumatına görə, tədbirdə Çinin ABŞ-dakı səfiri ilə yanaşı, digər Çin rəsmilərinin də iştirakı mümkündür, lakin bu siyahıda dövlət başçısının adı yoxdur.
Qeyd edək ki, Tramp Si Cinpini andiçmə mərasiminə dəvət edib.