İtaliya parlamentinə Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı qətnamə təqdim olunub


İtaliyanın "Milli Gələcək" (Futuro Nazionale) partiyası parlamentin Deputatlar Palatasına Ukraynaya bütün hərbi yardımların dayandırılmasını nəzərdə tutan qətnamə layihəsi təqdim edib.

AFN.az xəbər verir ki, bu barədə partiyanın rəsmi bəyanatında bildirilib.

Partiya Kiyevə silah və hərbi texnika tədarükünün dərhal dayandırılmasını tələb edir. Bəyanatda qeyd olunur ki, gərginliyi artırmaq strategiyası sülhə gətirib çıxarmayıb, əksinə müharibəni uzadaraq İtaliyanın xərclərini artırıb və diplomatik həll imkanlarını uzaqlaşdırıb.

"Milli Gələcək" İtaliya resurslarının daxili ehtiyaclara — ailələrə və sahibkarlara dəstəyə, səhiyyəyə və sərhədlərin mühafizəsinə yönəldilməsini, həmçinin Romanın sülh danışıqlarında fəal vasitəçi kimi çıxış etməsini təklif edir.

Qeyd edək ki, İtaliya hökuməti 2025-ci ilin dekabrında Ukraynaya hərbi yardımın 2026-cı ilin sonunadək uzadılması haqqında dekret qəbul edib, cari ilin fevralında isə ölkə Senatı bu qərarı təsdiqləyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu