Almaniya və tərəfdaşları ilin sonuna qədər Kiyevə 1,4 milyard avroluq hərbi yardım edəcək
Almaniya öz tərəfdaşları ilə birlikdə ilin sonuna qədər Ukraynaya təxminən 1,4 milyard avro dəyərində hərbi yardım paketi təqdim edəcək.
AFN.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz bildirib.
"İlin sonuna kimi tərəfdaşlarımız Belçika, Danimarka və Norveçin dəstəyi ilə Ukraynaya təxminən 1,4 milyard avro dəyərində əlavə hərbi dəstək paketi təqdim edəcəyik" - deyə Şolz bildirib. Onun sözlərinə görə, bura IRIS-T və Skynex, Gepard özüyeriyən silahlar, tanklar və təkərli haubitsalar, zirehli avtomobillər, hücum dronları, radarlar və artilleriya mərmiləri aiddir. Şolz həmçinin bildirib ki, Almaniya Kiyevə 600 milyon avroluq hərbi yardım paketi ayırıb.