Almaniya 5,5 ayda 7,48 milyard avro dəyərində silah ixracını təsdiqləyib


Almaniya hökuməti yanvarın 1-dən iyunun 18-dək 7,48 milyard avro dəyərində silah ixracına icazə verib.



Alman Xəbər Agentliyinin (DPA) xəbərinə görə, hökumət Sahara Vaqenknext Anlaşma və Ədalət Uğrunda Alyans (BSW) partiyasının parlament sualına cavab verərək, yanvarın 1-dən iyunun 18-dək 7,48 milyard avro dəyərində silah və hərbi texnikanın satışını təsdiqlədiyini açıqlayıb.

Bu rəqəm 2023-cü ilin birinci yarısı ilə müqayisədə 30 faiz artımdan xəbər verir.

İxrac təsdiqinin təxminən 65 faizi və ya 4,88 milyard avronun Almaniyanın Rusiyaya qarşı dəstəklədiyi Ukraynaya aid olduğu bildirilib.

Ukraynadan sonra silah ixracına ən çox icazə alan ölkələrin Səudiyyə Ərəbistanı, Sinqapur, Hindistan və Qətər olduğu bildirilib.

Almaniya hökuməti 2023-cü ildə xaricə təxminən 12,2 milyard avroluq silah və hərbi texnikanın satışını təsdiqləmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu