Almaniya Ukrayna ordusu üçün 66 zirehli transportyor alacaq


Almaniya hökuməti Ukrayna ordusu üçün 66 təkərli zirehli transportyor (BTR) və 110 "Leopard" tankı alacaq.


AFN.az xəbər verir ki, bBu barədə məlumat Almaniya hökumətinin saytında yerləşdirilib. Həmçinin Almaniya hökuməti Ukraynaya 64 çoxməqsədli maşın vermək niyyətindədir.

"Dəqiq çatdırılma vaxtı və partiyanın dəyəri təhlükəsizlik səbəbindən açıqlanmır", - deyə saytda qeyd olunur.

"Ölkənin təhlükəsizlik potensialının yaradılması təşəbbüsünün maliyyələşdirilməsi 2023-cü il üçün 5,4 milyard avro və sonrakı illərdə öhdəliklər üçün əlavə təsdiqlər 10,5 milyard avro təşkil edəcək. Bu vəsaitlər ilk növbədə Ukraynaya hərbi yardıma yönəldilməlidir", - bəyanatda deyilir.

Eyni zamanda, bu vəsaitlər Federal Silahlı Qüvvələrin Ukraynaya tədarük üçün ehtiyatlarının artırılmasına, habelə Almaniyanın Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı xərclərin ödənilə biləcəyi Avropa Sülh Fonduna töhfələrinə yönəldiləcək.

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya "Leopard" tanklarının çatdırılmasına 2023-cü ilin ortalarında başlanılacağını bildirmişdi.

Almaniya hökuməti yanvarın 25-də "Leopard 2" tanklarının Ukraynaya təhvil verilməsi qərarını açıqlayıb. Bildirilib ki, AFR iki tank batalyonu yaratmağa hazırdır və ilk mərhələdə Berlin 14 tankdan ibarət bir rota göndərəcək. AFR-nin qərarından sonra digər Avropa ölkələri Ukraynaya Leopard 2 tankları tədarük etmək planlarını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu