Almaniya Ukraynaya 25 "Leopard 1A5" tankı tədarük edəcək


Almaniya Ukraynaya 25 "Leopard 1A5" tankı, həmçinin beş zirehli xilasetmə maşını və iki təlim tankı tədarük edəcək.


AFN.az bu barədə Almaniya Müdafiə Nazirliyinin sözçüsü DW-yə bildirib.

Rəsmi qeyd edib ki, bu hərbi texnika Kiyevə əvvəlcədən elan edilmiş tədarüklərə əlavə olaraq veriləcək.

Onun sözlərinə görə, Almaniya iyul ayında NATO-nun Vilnüs sammitində Ukraynaya "Leopard 1A5" tanklarının təhvil verilməsini elan edib.

Bir gün əvvəl Almaniyanın "Handelsblatt" qəzeti "Rheinmetall"ın sonradan Ukraynaya göndərilməsi üçün Belçikanın "OIP Land Systems" şirkətindən 50 "Leopard 1" modelini aldığını bildirmişdi. Qəzet müdafiə sənayesindəki adı açıqlanmayan mənbələrə istinadən iddia edir ki, təmir və yenidən təchiz olunduqdan sonra Kiyev 30-a yaxın tank ala biləcək. Müdafiə Nazirliyi nümayəndəsinin DW-yə izah etdiyi kimi, onun şöbəsi, bir qayda olaraq, alman müdafiə şirkətlərinin üçüncü firmalarla hər hansı müqavilə bağladığını təsdiqləmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu