Almaniyalı deputat Ukraynaya maliyyə dəstəyini tənqid edib


Ukraynaya və ölkədən qaçqınlara istifadə edilən pullar Almaniyanın özünə, səhiyyə və təhsil ehtiyaclarına xərclənə bilərdi.

Bunu “Die Welt” nəşrinə müsahibəsində alman siyasətçisi və Bundestaqın deputatı Sara Vaqenknext deyib.

“Almaniya hökuməti Ukraynanı dəstəkləmək üçün silah və başqa şeylərə artıq 17 milyard avro xərcləyib, hökumət isə təkcə Ukraynadan olan qaçqınlar üçün daha 14 milyard avro xərcləyib. Bunlar müəllimləri işə götürə biləcəyimiz və ya xəstəxanalarımızı və tibb müəssisələrimizi daha yaxşı təchiz edə biləcəyimiz böyük xərclərdir" - deyə siyasətçi tənqidi fikirlər səsləndirib.

Vaqenknext həmçinin qeyd edib ki, münaqişənin mümkün qədər tez, hərbi yolla deyil, danışıqlar yolu ilə başa çatması üçün hər şey edilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu